Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Gəncədə vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Gəncədə vətəndaşları qəbul edəcək 2026-04-06 14:21:47
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova aprelin 10-da Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi) Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 3 saylı Gəncə Ərazi İdarəsinə (telefonlar: (055) 691-05-77, (022) 265-08-69 və ya elektron poçt ünvanı: dedkr.3sayli@emlak.gov.az) aprelin 9-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.